“AZCON Holding”in şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) 2025-ci ildə 392 blok-qatar qəbul edib.
ADY-dən "İki sahil"ə bildirilib ki, bu 2024-cü ilin göstəricisi (287 blok-qatar) ilə müqayisədə 37 faiz artım deməkdir.
Ötən il ümumilikdə 135 min 300 TEU konteyner yük daşınıb ki, bu da 2024-cü ilin göstəricisindən (114 min TEU) təxminən 19 faiz çoxdur.