14 yanvar 2026 21:04
106

AAYDA Şuşa istiqamətində hərəkət edən sürücülərə müraciət edib

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Şuşa istiqamətində hərəkət edən sürücülərə müraciət edib.

“İki sahil” qurumun yaydığı məlumata istinadla xəbər verir ki, qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar olaraq təhlükəsizlik baxımından Şuşa şəhəri istiqamətində hərəkət edəcək sürücülərə alternativ olaraq Füzuli-Qırmızı Bazar-Şuşakənd-Şuşa, həmçinin Ağdam-Ağdərə-Xankəndi-Şuşa avtomobil yollarından istifadə etməkləri tövsiyə olunur.