Ötən il Culfa şəhərində 132/110/35/10 Kvt-luq yarımstansiya və “Darıdağ” Arsenli Su Müalicəxanasının tikintisi davam etdirilib, Bənəniyar Su anbarını Əlincə çayından qidalandıran 6550 metrlik “Sağ-sahil” kanalının yenidən qurulması işlərinə başlanılıb.
Culfa Rayon İcra Hakimiyyətindən “İki sahil”ə bildirilib ki, Culfa şəhərində prospekt və küçələrdə, ümumilikdə, 8 yaşayış binasının istilik xətləri yenilənib, Yaycı kəndində 360 nəfərlik, Ərəfsə kəndində isə 200 nəfərlik mərasim evi tikilib. Həmçinin 2025-ci il ərzində 3,3 km məsafədə Gal və Şurud kənddaxili yollarında əsaslı təmir işləri aparılıb, rayonun magistral yollarında, şəhərdaxili və kənddaxili yollarda, ümumilikdə, cari təmir-bərpa və quraşdırma işləri aparılıb.
Ötən il Culfa rayonu üzrə kənd təsərrüfatı sahəsində məhsul istehsalı 2024-cü illə müqayisədə 1 milyon 653 min 900 manat artaraq 45 milyon 20 min 200 manat təşkil edib. Rayonda ekoloji cəhətdən müxtəlif növ təmiz ərzaq məhsulları yetişdirən 155 ailə təsərrüfatçısına lazımi dövlət dəstəyi göstərilib, onların istehsal etdiyi məhsulların Culfa və Naxçıvan şəhərlərindəki bazarlara çıxarılaraq satışının həyata keçirilməsinə şərait yaradılıb.
Ötən il Ordubad şəhərinin Baş planının hazırlanması istiqamətində mühüm addımlar atılıb
Ordubadda Şəhidlər Xiyabanı Abidə Kompleksinin abadlaşdırılması nəzərdə tutulur