Filmlərin dublyajı ekosisteminin təkmilləşdirilməsi aparılacaq.
“İki sahil” xəbər verir ki, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasında əksini tapıb.
Sənədə əsasən, Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi və digər aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə 2026-2028-ci illərdə beynəlxalq təcrübənin öyrənilməsini, mövcud vəziyyətin təhlilini, filmlərin dublyajına dəstək mexanizmləri ilə bağlı təkliflərin hazırlanmasını və aidiyyəti üzrə təqdim edilməsini və yekunda dublyaj sənayesinin inkişafını təmin etməlidir.