Əməkdar artist Manana Caparidze yeni mahnısını təqdim edib.
“İki sahil” xəbər verir ki, sevilən müğənni bu dəfə "Dünya sənlə gözəldir" söyləyib. Mahnının musiqisi müğənni Elçin Cəfərova, sözləri isə Rafael Şabanova məxsusdur. Nəğməni Elvin İmanov aranjıman edib.
Gitarada İntizar Məmmədzadə, saksafonda isə Lütfiyar Əliyev ifa edib.
Ritmik mahnıya müğənni xüsusi çarx da çəkib. Əməkdar artist görüntülərdə rəqsi ilə də göz oxşayıb.
Sənətçinin yeni layihəsi şəxsi "YouTube" kanalında, həmçinin də bütün musiqi platformalarında yayımlanıb.
Bakıda dünyaşöhrətli fotojurnalist Reza Deqatinin “Yüksələn işıq” sərgisi açılıb
Ağdaşın Kotanarx kənd tam orta ümumtəhsil məktəbinə Xalq şairi Fikrət Qocanın adı verilib
Milli Azərbaycan Tarixi Muzeyində “Güllələnmiş türkoloqlar” sərgisi keçiriləcək
Milli Xalça Muzeyində macar qobelen ustası Juja Perelinin fərdi sərgisi açılacaq