Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısına dəyişiklik edilib.
“İki sahil” xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib.
Qərara əsasən, Xocavənd, Xocalı, Tovuz, Culfa, Ordubad, Ağcabədi və Cəlilabad rayonlarında ölkə əhəmiyyətli memarlıq abidələrinin yerləşmə ünvanlarının adının dəyişməsi ilə əlaqədar müvafiq dəyişiklik edilib.
Eyni zamanda Ağcabədi, Cəlilabad, Göygöl, Xocalı, Qazax, Qusar, Oğuz, Şəki, Culfa rayonlarında ölkə əhəmiyyətli arxeoloji abidələrin də yerləşmə ünvanlarının adının dəyişməsi ilə əlaqədar müvafiq dəyişiklik edilib.
“Əldə olunmuş nailiyyətlər Qərbi azərbaycanlıların Ermənistandakı dədə-baba yurdlarına dönəcəyinə inam yaradır” – Bəyanat
Ermənistan məhkəməsinin qərarı Azərbaycanın suverenliyinə qarşı yönəlib - Qərbi Azərbaycan İcması