08 yanvar 2026 13:02
179

İşğaldan azad edilmiş ərazilərdə 500-600 meqavat gücündə KSES-lər inşa ediləcək

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 500-600 MVt gücündə kiçik su elektrik stansiyaları inşa ediləcək.

“İki sahil” xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün "Gülüstan" sarayında Səudiyyə Ərəbistanının "ACWA Power" şirkətinin inşa etdiyi 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının (KSES) rəsmi açılış mərasimində bildirib.

Dövlət başçısının sözlərinə görə, azad edilmiş ərazilərin potensial su elektrik stansiyalarının xəritəsi də tərtib edilib: "Ancaq o bölgədə biz təqribən 500, bəlkə də 600 MVt gücündə kiçik su elektrik stansiyalarını inşa edəcəyik. Demək olar ki, bunun yarısı artıq hazırdır və bütün ölkə, o cümlədən azad edilmiş ərazilər vahid şəbəkə ilə birləşdirilib və enerji axınının istənilən istiqamətə göndərilməsi, qəbul edilməsi də təmin olunub".