03 yanvar 2026 11:46
142

Polşa Baş nazirinin Yeni il çıxışı siyasi mübahisəyə çevrilib

Polşa Baş naziri Donald Tuskun Yeni il çıxışı siyasi müzakirələrə səbəb olub.

İki sahil” xarici mətbuata istinadla xəbər verir ki, deputatlar onu tarixi "yenidən yazdığına" görə tənqid ediblər.

“Fakt” portalının məlumatına görə, siyasətçi Yeni il çıxışında 2026-cı ilin Polşanın qurulmasının 1001-ci ili olacağını bildirib. Lakin polyaklar dövlətçiliyinin başlanğıcını 966-cı ildən - Şahzadə Meşko I Pyastın vəftiz olunduğu gündən hesablayırlar. Bir çox izləyici və parlament üzvü bu uyğunsuzluğu fərq edib.

"Hüquq və Ədalət" parlament fraksiyasının rəhbəri Mariuş Blaşçak baş naziri səhv məlumat verməkdə günahlandıraraq bildirib ki, Tusk Polşanın xristian irsini "dəhşətli" hesab edir: "Hətta ibtidai sinif şagirdləri də tariximizin başlanğıcının Polşanın vəftizinə aid olduğunu bilirlər".

Polşalı tarixçi Kamil Yaniçki baş nazirin çıxışını ziddiyyətli adlandırıb və Yeni il çıxışı üçün bu seçimin qəribə olduğunu qeyd edib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”