03 yanvar 2026 09:21
148

Almatıda buzun altına düşən dörd uşaqdan biri öldü

Buzun altına düşən dörd uşaqdan biri ölüb.

İki sahil” KazTAG-a istinadla xəbər verir ki, hadisə yanvarın 2-də Qazaxıstanın Almatı bölgəsi, Jambıl rayonunun Umbetali kəndində baş verib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, su hövzəsində dörd yeniyetmə oynayarkən nazik buzun üzərinə çıxıb və suya düşüblər: “Şahid, balıqçı, tərəddüd etmədən kömək üçün tələsib və yeniyetmələrdən üçünü xilas edə bilib. Təəssüf ki, dördüncü yeniyetməni xilas etmək mümkün olmayıb".

Qeyd edilib ki, cəsəd Fövqəladə Hallar Nazirliyinin dalğıcları tərəfindən sudan çıxarılıb və sonrakı tədbirlər üçün polis əməkdaşlarına təhvil verilib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”