İranın ali dini liderinin baş müşaviri Əli Şamxani bildirib ki, Tehran Vaşinqtonun ölkədə keçirilən etirazlara müdaxilə cəhdinə sərt reaksiya verəcək.
“İki sahil” xəbər verir ki, Şamxani bu barədə "X"dəki səhifəsində yazıb.
"İran xalqı yaxşı bilir ki, amerikalıların "xilas etməsi" nə deməkdir - İraqdan və Əfqanıstandan Qəzzəyə qədər. Hər hansı müdaxilə cəhdinin qarşısı alınacaq. İranın milli təhlükəsizliyi qırmızı xətdir, avantürist "tvitlər"in yeri deyil", - deyə Şamxani yazıb.
Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp özünün "Truth Social" sosial şəbəkəsindəki səhifəsində yazmışdı ki, İranda dinc nümayişlər silahla yatırılacağı təqdirdə Vaşinqton İranda keçirilən etirazlara müdaxilə etməyə hazırdır.
Xatırladaq ki, İranda ağır iqtisadi vəziyyətlə əlaqədar kütləvi etiraz aksiyaları keçirilir. Qeyri-rəsmi məlumata görə, etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalarda ölənlər və yaralananlar var.
Yəmən prezidentinin müşaviri Cənubi Keçid Şurasının hərəkətlərini intihar adlandırıb
Almaniya BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasını vacib hesab edir
Səudiyyə Ərəbistanı dünyada ən böyük hökumət data mərkəzinin tikintisinə başlayıb