Qəbələ rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Hadisə Qəbələ rayonunun Vəndam-Nohurqışlaq yolunda baş verib.
"Li" markalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb. Hadisə zamanı xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
Hadisə yerindən görüntüləri təqdim edirik:
Oxu.Az