02 yanvar 2026 12:16
96

Türkiyədə üç polisin öldürüldüyü İŞİD əməliyyatı ilə bağlı 26 nəfər həbs edilib

Türkiyənin Yalova vilayətində 3 polis əməkdaşının həlak olduğu İŞİD-ə qarşı əməliyyatla əlaqədar saxlanılan 42 şübhəlidən 26-sı həbs edilib.

“İki sahil”  TRT Haber-ə istinadla xəbər verir ki, daha 16 nəfər isə məhkəmənin nəzarəti altında olmaqla azadlığa buraxılıb.

Qeyd edək ki, 2025-ci ilin dekabrın 29-da Türkiyədə İŞİD terror təşkilatına qarşı keçirilən əməliyyat zamanı atışma baş verib, 3 polis əməkdaşı həlak olub.