01 yanvar 2026 17:17
71

233 kəndlə nəqliyyat əlaqəsi kəsilib - Türkiyədə

Türkiyənin Qara dəniz bölgəsinin Gümüşhane, Giresun və Artvin vilayətlərində güclü qar səbəbindən 233 kənd yolunun nəqliyyatla əlaqəsi kəsilib.

“İki sahil” xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Bildirilib ki, qapalı yolları açmaq üçün Vilayət Xüsusi İdarəsinin 220 əməkdaşı, 97 nəqliyyat vasitəsi və texnikası ilə qarla mübarizə davam edir.

Məlumata görə, Trabzon və Orduda da qar fasilələrlə təsirini davam etdirir.