01 yanvar 2026 13:20
86

Boksçu Entoni Coşuanın son durumu bəlli olub

Bir neçə gün öncə Nigeriyada keçirdiyi avtomobil qəzasında xəsarət alan məşhur britaniyalı boksçu Entoni Coşuanın son durumu bəlli olub.

“İki sahil” "Daily Mail" istinadən məlumat verir ki, dünya çempionu Laqos şəhərində yatdığı xəstəxanadan çıxarılıb. Xəstəxanadan ayrıldıqdan sonra Coşua qəza zamanı həlak olmuş məşqçiləri – Kevin Latif Ayodele və Sina Qaminin dəfninə yollanıb.

36 yaşlı boksçunun bir neçə gün Nigeriyada qalacağı və evdə bərpa olunacağı bildirilib.

Qeyd edək ki, ağır çəki üzrə dünya və olimpiya çempionu dekabrın 29-da Laqos şəhəri yaxınlığında avtomobil qəzasına düşmüşdü.