21 sentyabr 2026 18:25
77

Sarayevoda kata üzrə dünya çempionatı keçiriləcək

26–27 sentyabr tarixlərində Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda kata üzrə dünya çempionatı keçiriləcək.

Yarışda ölkəmizi yeniyetmələr və gənclər arasında ölkə birinciliyinin qalibi olan 4 cüdoçu təmsil edəcək. Onlar “nage-no-kata” üzrə mübarizə aparacaqlar.

Dünya çempionatına 35 ölkədən 462 cüdoçu qatılacaq.

Heyəti təqdim edirik:

Yeniyetmələr

Sadiq Abdullayev (tori)
Rəcəb Əkbərov (uke)

Gənclər

Famil Əsədov (tori)
Yusif Əhmədov (uke)