Çinin “Dongfeng Motor Corp.” şirkəti illik 1 milyon yeni enerji avtomobili (NEV) istehsalı hədəfinə nail olub.
“İki sahil” xəbər verir ki, şirkət bu mərhələyə lüks hibrid SUV M-Hero istehsal edən zavodda M817 modelinin 10 mininci avtomobilinin istehsal xəttindən çıxarılması ilə çatdığını açıqlayıb.
Qeyd edək ki, Dongfeng Çinin üç aparıcı dövlət avtomobil istehsalçısından biridir. Şirkətin portfelinə müxtəlif bazar seqmentlərini hədəfləyən Voyah, M-Hero, eπ və Nanobox elektrikli nəqliyyat vasitələri daxildir.
Şirkətin açıqlamasına görə, cari ildə M-Hero elektrik avtomobillərinin satışları təxminən dörd dəfə, Voyah markası üzrə satışlar isə təxminən iki dəfə artıb.
İRİA: Rəqəmsallaşma dövründə praktiki bacarıqların artırılması xüsusi əhəmiyyət daşıyır
WUF13 çərçivəsində keçiriləcək “Urban Expo” sərgisi üçün müraciətlərin qəbulu davam edir
İİTKM-də gender bərabərliyi üzrə Milli Fəaliyyət Planına dair indikativ planlama məsələləri müzakirə olunub