Yeni nəsil xidmət ixracı hesab edilən peyk telekommunikasiya xidmətləri xidmət ixracının şaxələnməsi istiqamətində mühüm rola malikdir.
“İki sahil” xəbər verir ki, 2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 41 ölkəsinə 16,4 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib. “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 66%-ni təşkil edib. 2025-ci ilin noyabr ayında isə “Azərkosmos” dünyanın 35 ölkəsinə 1,5 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib. Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində 4.2 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 3,2 milyon ABŞ dolları ilə Lüksemburq, 1,1 milyon ABŞ dolları ilə İsveç, 772 min ABŞ dolları ilə Türkiyə, 759,8 min ABŞ dolları ilə Nigeriya qərarlaşıb.
Orxan Vahidoğlu
İRİA: Rəqəmsallaşma dövründə praktiki bacarıqların artırılması xüsusi əhəmiyyət daşıyır
WUF13 çərçivəsində keçiriləcək “Urban Expo” sərgisi üçün müraciətlərin qəbulu davam edir
İİTKM-də gender bərabərliyi üzrə Milli Fəaliyyət Planına dair indikativ planlama məsələləri müzakirə olunub