29 dekabr 2025 15:17
84

ABŞ və Ermənistan həlledici sferalarda yeni birgə təşəbbüslər başladır - Kristina Kuinn

ABŞ və Ermənistan texnologiya, enerji, rabitə və təhlükəsizlik sahələrində yeni birgə təşəbbüslər başladır.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ-nin Ermənistandakı səfiri Kristina Kuinn Yeni il nitqində bildirib.

Onun sözlərinə görə, 2025-ci il Ermənistan-ABŞ münasibətlərində ən böyük inkişaf dövrü olub.

"Münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsinə çatıb. Prezident Donald Trampla Ağ Evdə keçirilən tarixi görüş zamanı onilliklərlə irəli gedəcək yolumuzu müəyyən edəcək əməkdaşlıq çərçivələri təyin edilib. Həmçinin firavan və sabitliyi gücləndirməyə yönəlmiş texnologiya, enerji, rabitə və təhlükəsizlik sahələrində yeni Ermənistan-ABŞ təşəbbüslərini başladırıq", - K.Kuinn vurğulayıb.

Səfir qeyd edib ki, ABŞ və Ermənistan Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması üçün birgə işləməyə davam edirlər.