29 dekabr 2025 15:08
87

Bricit Bardo Sen-Tropedə dəniz kənarındakı bağında dəfn olunacaq

Fransız aktrisa və heyvan hüquqları müdafiəçisi Bricit Bardonun dəfn mərasimi Sen-Tropedə yerləşən “La Madrag” iqamətgahının ərazisində keçiriləcək.

“İki sahil” xəbər verir ki, bu barədə "Franceinfo" radiosu Bardonun tanışı, jurnalist Vendi Buşara istinadla məlumat yayıb.

“Onu dəniz kənarındakı öz bağında dəfn edəcəklər.  O, bunu arzulayırdı və bu arzusu yerinə yetiriləcək"- deyə Buşar bildirib

Bricit Bardo 1950-ci illərin sonlarında “La Madrag” malikanəsini satın alıb. Sonrakı onillikdə villa məclislərin keçirildiyi məkana çevrilib, Bardonun aktyorluq karyerasını başa vurmasından sonra isə onun tənha yaşadığı yer olub. 1990-cı illərin əvvəlində o, malikanəni özünün xeyriyyə təşkilatı olan “Bricit Bardo Fondu”na verib. Bağda heyvan hüquqları müdafiəçisinin çoxsaylı ev heyvanları dəfn olunub. Franceinfo qeyd edir ki, Fransada şəxsi ərazidə insan dəfninə yalnız istisna hallarda icazə verilir və bunun üçün yerli hakimiyyət orqanlarından razılıq alınmalıdır.