27 dekabr 2025 13:41
40

İmişlidə kişi dəm qazından boğulub

İmişlidə kişi dəm qazından boğularaq ölüb.

“İki sahil” xəbər verir ki, hadisə rayonun Çahar kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 1969-cu il təvəllüdlü Mehman Məmməd oğlu Nəsirov yaşadığı evin hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı İmişli Rayon Prokurorluğunda araşdırma aparılır.