"Bavariya" klubunun heyətində 6 dəfə Almaniya çempionu olan Leon Qoretska İtaliya təmsilçisi "Napoli"yə transfer oluna bilər.
“İki sahil” "Tuttomercatoweb"ə istinadən xəbər verir ki, hazırkı ölkə çempionu 30 yaşlı yarımmüdafiəçi ilə ciddi maraqlanır.
Münhen komandasının yanvarda onu satmaq ehtimalı azdır. Buna baxmayaraq, almaniyalı futbolçunun klubla müqaviləsinin müddəti yayda başa çatacaq.
Qeyd edək ki, Leon Qoretska 2018-ci ildən "Bavariya"da oynayır.
“Qarabağ” Futbol Klubunun prezidenti: “Qarabağ”ın artıq öz futbol fəlsəfəsi var
Cüdoçularımız veteranlar arasında dünya çempionatında daha üç medal qazanıblar