25 dekabr 2025 21:26
101

Gürcüstanın keçmiş müdafiə naziri saxlanılıb

Gürcüstanın keçmiş müdafiə naziri Baço Axalaya 4 oktyabrda Tbilisidə zorakı etiraz aksiyasını təşkil etməkdə təqsirləndirilərək saxlanılıb.

“İki sahil” "Sputnik-Georgia"ya istinadla xəbər verir ki, bu barədə ölkənin Dövlət Təhlükəsizlik Xidməti məlumat yayıb.

İş üzrə onun həyat yoldaşı da saxlanılıb, lakin bu mərhələdə o, sərbəst buraxılıb.

"Hakim qərarı əsasında götürülmüş məlumatların işlənməsi nəticəsində müəyyən edilib ki, 4 oktyabr tarixində cinayət hadisələri zamanı Axalaya internet vasitəsilə bu hadisələri idarə edib və əsas təşkilatçı olub. O, həmçinin mobil tətbiqlər vasitəsilə bu iş üzrə əvvəllər saxlanılan Burçuladze, Zodelava, Nadiradze, Mancqaladze və Beridze ilə dəfələrlə əlaqə saxlayıb. Təqsirləndirilən şəxslər etiraz aksiyasının keçirilməsi planını müzakirə ediblər", - Gürcüstan DTX-nin brifinqində bildirilib.