İsrail Prezidenti İsxak Hersoq dekabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
“İki sahil” xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
İsrail Prezidenti dövlət başçısına ad günü münasibətilə təbriklərini çatdırıb, ona prezidentlik fəaliyyətində yeni uğurlar və möhkəm cansağlığı arzulayıb.
Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Telefon danışığı zamanı ölkələr arasında əlaqələrin inkişaf etdiyi vurğulanıb, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Prezident İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib və buraya köçən sakinlərlə görüşüb FOTO
Prezident İlham Əliyev: Bu gün Ağdam şəhərinin tarixində çox əlamətdar bir gündür
Din Xadimlərinin II Forumunun iştirakçıları Prezident İlham Əliyevə təşəkkür edib