23 dekabr 2025 11:12
139

Milli Məclis Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib

Milli Məclisdə Azərbaycan Prezidenti İlham Əliyevə doğum günü münasibətilə təbrik məktubu ünvanlanması ilə bağlı təklif verilib.

“İki sahil” xəbər verir ki, bu təkliflə spiker Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib.

O bildirib ki, sabah Azərbaycan Prezidenti İlham Əliyevin doğum günüdür:

"Təklif edirəm ki, doğum günü münasibəti ilə Prezidentə Milli Məclis adından təbrik məktubu ünvanlansın. Azərbaycan dövlətinin daha da möhkəmlənməsi və inkişaf etməsi, xalqımızın rifahının yüksəlməsi naminə dəyərli fəaliyyətində ona yeni böyük uğurlar arzulayaq".

Deputatlar sədrin təklifini alqışlarla qarşılayıblar.