"Vest Hem"in hücumçusu Niklas Füllkruq karyerasını İtaliya A Seriyasında davam etdirməyə yaxındır.
"İki sahil" xarici KİV-ə istinadən xəbər verir ki, "Milan" almaniyalı futbolçunu transfer etmək istəyir. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb. "Rossoneri" Füllkruqu satınalma bəndi ilə icarəyə götürmək üçün İngiltərə klubuna təklif göndərib. Tərəflərin anlaşma əldə etməyə yaxın olduğu bildirilir.
Qeyd edək ki, Niklas Füllkruq bu mövsüm "Vest Hem"in heyətində 9 rəsmi matçda meydana çıxıb. Onun London təmsilçisi ilə müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.
Messi Argentina yığmasının heyətində sonuncu oyununun formasını nümayiş etdirib
“Qarabağ” Futbol Klubunun prezidenti: “Qarabağ”ın artıq öz futbol fəlsəfəsi var
Cüdoçularımız veteranlar arasında dünya çempionatında daha üç medal qazanıblar