16 dekabr 2025 17:30
104

Sosial şəbəkədə işə qəbulla bağlı saxta elanlar paylaşaraq dələduzluq edən şəxs saxlanılıb

Sosial şəbəkədə saxta iş elanları yerləşdirərək dələduzluqlar edən 38 yaşlı Mahmud Şərifov saxlanılıb.

“İki sahil” xəbər verir ki, müəyyən edilib ki, M.Şərifov onunla əlaqə saxlayan hər bir şəxsin işə qəbulla bağlı müraciətinin qeydə alınması üçün müxtəlif məbləğlərdə pulun kartına köçürülməsini tələb edib.

O, pulları əldə edəndən sonra zərərçəkənlərlə əlaqələrini kəsib.

Faktla bağlı araşdırmalar davam etdirilir.