16 dekabr 2025 16:26
123

AQTA rəsmisi: Elektron siqretlərdəki formaldehidin həcmi təhlükəli işlərdə olduğundan 20 dəfə çoxdur

Elektron siqretlər vasitəsi ilə orqanizmə gedən formaldehidin (formaldehid - kimyəvi maddə-red.) həcmi təhlükəli işlərdə olduğundan 20 dəfə çoxdur.

“İki sahil” xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Qida təhlükəsizliyi şöbəsinin müdiri Validə Sadıxova Milli Məclisin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komotələrinin birgə iclasında deyib.

O bildirib ki, Agentliyin araşdırmalarına görə, orta elektron siqaretlərin tərkibi, onların tankerlərinin həcmi 2 ml-dən 20 ml-ə qədər fərqlənir:

"Ən minimalını götürək – 2 ml-lik. Bu, təxminən 600 "vape" nəfəsi deməkdir. Yəni 600 dəfə o elektron siqaretdən nəfəs almağı təqlid etmək üçündür. Elmi məlumatlar deyir ki, bir nəfəs zamanı orqanizmə gedən formaldehidin həcmi 1 mikroqramdır. Bir oturuşumda təxminən 60 nəfəsdən istifadə olunduğu nəzərə alınsa, bir cihaz ortalama 10 dəfə, hər dəfəsində də 60 nəfəs istifadə oluna bilər. Bir "vape" nəfəsi təxminən 50-70 ml hava deməkdir. Biz normal tənəffüs vaxtı bundan 10 dəfə artıq nəfəs alırıq. Amma cihazdan alırıqsa, bu bizim ağız boşluğumuzun həcmi ilə məhdudlaşır".

​AQTA təmsilçisi qeyd edib ki, elektron siqaretdəın bir oturuşumda 60 nəfəs alındıqda, formaldehidin orqanizmimizə daxil olma miqdarı 18,8 milliqramdır:

"Bunu Beynəlxalq Əməyin Təhlükəsizliyi Agentliyinin icazə verdiyi limitlərlə müqayisə etsək, orada bildirilib ki, hətta təhlükəli yerdə, kimyəvi formaldehidin mühitində adam 8 saat işləyirsə, orada formaldehidin həddi bir kub metr havada 0,9-u keçməməlidir. Bizim hesabladığımız miqdar bundan 20 dəfə, Ümumdünya Səhiyyə Təşkilatının müəyyənləşçdirdiyi miqdar isə 50 dəfə çoxdur".