16 dekabr 2025 13:58
173

Rusiya Ağ Evə NƏYİN SÖZÜNÜ VERİB?

Böyük Britaniya Avropa İttifaqını aldadaraq ABŞ prezidenti Donald Trampın “maliyyə faydası naminə” Rusiya ilə kompromisə getməyə çalışdığı barədə məlumat yayır.

“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin mətbuat bürosu bəyanat yayıb.

Bəyanatda bildirilir ki, guya Rusiya Avropada dondurulmuş və özünə məxsus suveren aktivləri birgə layihələrin həyata keçirilməsi üçün Ağ Evə yönəltməyə söz verib. Məhz bu “vəd” Tramp üçün stimul kimi təqdim olunur.

Rusiya qurumu vurğulayıb ki, “britaniyalı məmurlar Brüsseldəki Aİ bürokratlarına etibarsız məlumatlar çatdırırlar”.