16 dekabr 2025 08:10
149

"Fənərbağça" qallib gəlib

Futbol üzrə Türkiyə Superliqasında XVI tura yekun vurulub.

“İki sahil” xəbər verir ki,  bağlanış oyununda "Fənərbağça" öz meydanında "Konyaspor"la qarşılaşıb. Görüş İstanbul təmsilçisinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları Anderson Taliska (2), Mərt Müldür və Marko Asensio vurublar.

Bu nəticədən sonra xallarını 36-ya çatdıran "Fənərbağça" turnir cədvəlində 2-ci pilləyə yüksəlib. Komanda lider "Qalatasaray"dan cəmi 3 xal geri qalır.