15 dekabr 2025 15:54
162

FHN-in əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələr verilib -  SƏRƏNCAM

Azərbaycan Prezidenti İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.

“İki sahil” xəbər verir ki, Sərəncama əsasən, Adil Abdullayevə “general-leytenant” ali hərbi rütbəsi, Fərhad Səmədov və Seymur Qaraşova “general-mayor” ali hərbi rütbəsi, Vaqif İbrahimova isə “daxili xidmət general-mayoru” ali xüsusi rütbəsi verilib.