Çin iki peyk daşıyan "Kuaizhou-11" raketinin uğurla buraxılışını həyata keçirib.
“İki sahil” xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası xəbər verib.
Məlumata görə, buraxılış Pekin vaxtı ilə səhər saat 9:08-də (Bakı vaxtı ilə səhər saat 5:08) ölkənin şimalındakı Çzyuszyan kosmodromundan həyata keçirilib. Bu, "Kuaizhou-11"in dördüncü missiyasıdır. Sınaq kosmik aparat olan "Di'er-5" "Xiwang-5-2" peyki ilə birlikdə orbitə çıxarılıb.
Bərk yanacaqla işləyən "Kuaizhou-11" Çinin Aerokosmik Elm və Sənaye Korporasiyası tərəfindən hazırlanıb. Onun uzunluğu 25 metrdən çoxdur və Yer kürəsinin aşağı orbitinə 1,5 tona qədər faydalı yük çatdırmaq qabiliyyətinə malikdir.
ABŞ administrasiyası TDT regionu ilə əməkdaşlığın gücləndirilməsinə əhəmiyyət verir