12 dekabr 2025 14:40
125

Türkmənistanda Putin və Ərdoğanın görüşü keçirilir

Aşqabadda (Türkmənistanda) Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilir.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Görüş Sülh və Etimad Beynəlxalq Forumu çərçivəsində keçirilir.

Məlumata görə, görüşün açıq protokol hissəsində prezidentlərin ənənəvi replikaları olmayıb.