Ermənistan Konstitusiyasında hələ də qalmaqda davam edən ərazi iddialarının çıxarılması, paraflanmış ikitərəfli sazişinin imzalanmasına və onun sonrakı ratifikasiyasına, birdəfəlik sülhün təmin olunmasına imkan yaradacaq.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Vyanada ATƏT Xarici İşlər Nazirləri Şurasının 32-ci iclasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bununla yanaşı, Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun zamanında həyata keçirilməsi sülhün dayanıqlı olmasında böyük əhəmiyyət kəsb edir.
“Bu multimodal bağlantılar marşrutu dəmir yolu, avtomobil yolu və digər kommunikasiyaları əhatə etməli və Ermənistan üçün qarşılıqlı bağlantı faydaları ilə birlikdə Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını təmin etməlidir. Dəfələrlə bəyan edildiyi kimi, kommunikasiyaların açılmasının əhəmiyyəti təkcə Ermənistan və Azərbaycan arasında sülhün dayanıqlı olmasına təsir göstərmir, daha geniş miqyasda böyük faydalar gətirir”, - deyə C.Bayramov əlavə edib.
ATƏT XİN Şurası: Cənubi Qafqazda sülh prosesi - başa çatan ilin ən vacib hadisəsidir
TRIPP layihəsi region üçün birinci dərəcəli əhəmiyyətə malikdir - Ceyhun Bayramov