Gürsel İsmayılzadə Azərbaycan Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Cənubi Qafqaz, Qərbi və Mərkəzi Asiya ölkələri üzrə direktoru təyin edilib.
“İki sahil” xəbər verir ki, Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev "X" sosial şəbəkəsində G.İsmayılzadə ilə görüş keçirdiyini və görüşdə Bakı və Kiyev arasında əməkdaşlığın dərinləşdirilməsinin müzakirə olunduğunu qeyd edib.
"Azərbaycan Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Cənubi Qafqaz, Qərbi və Mərkəzi Asiya ölkələri üzrə yeni təyin olunmuş direktoru Gürsəl İsmayılzadə ilə səmərəli görüş keçirildi. Rusiyanın mdaxiləsinin ilk günlərindən Ukraynaya göstərdiyi daimi dəstəyinə görə Azərbaycana minnətdaram. Biz əməkdaşlığımızı dərinləşdirmək barədə razılığa gəldik", - o yazıb.
ATƏT XİN Şurası: Cənubi Qafqazda sülh prosesi - başa çatan ilin ən vacib hadisəsidir
Ermənistan Konstitusiyasında dəyişiklik birdəfəlik sülhün təmin olunmasına imkan yaradacaq
TRIPP layihəsi region üçün birinci dərəcəli əhəmiyyətə malikdir - Ceyhun Bayramov