Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 3 dekabr 2025-ci il tarixində ATƏT-in Nazirlər Şurasının 32-ci iclası çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşüb.
“İki sahil” xəbər verir ki, Xarici İşlər Nazirliyindən bildirilib ki, görüşdə Azərbaycan-Türkiyə arasında möhkəm dostluq, qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bütün istiqamətlər üzrə inkişafı məsələləri, habelə geniş bölgədə mövcud təhlükəsizlik vəziyyəti, regional sülh və sabitliyin təmin olunması istiqamətində görülən tədbirlər müzakirə olunub. Bu çərçivədə iki ölkə arasında siyasi dialoqun yüksək səviyyədə davam etməsinin əhəmiyyəti vurğulanıb. Tərəflər iqtisadiyyat və ticarət, energetika və nəqliyyat-kommunikasiya layihələri, o cümlədən regional bağlantı təşəbbüslərinin reallaşdırılması ilə bağlı perspektivləri nəzərdən keçiriblər.
Nazirlər beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini qeyd edərək, Azərbaycan və Türkiyənin bir-birini qarşılıqlı şəkildə dəstəkləməsinin regional əməkdaşlığa müsbət töhfə verdiyini vurğulayıblar.
Nazirlər həmçinin digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
BMT iclasında Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə qayıdış barədə məlumat verilib
Naxçıvan regional iqtisadi diplomatiyanın yeni platformasına çevrilir - Ceyhun Cəlilov
2023–2027-ci illər üçün Dövlət Proqramı Naxçıvanın yeni iqtisadi modelini formalaşdırır - Ceyhun Cəlilov