Naxçıvan Muxtar Respublikasında keçirilən “2-ci Azərbaycan–Türkiyə Regional İqtisadi Forumu”nda çıxış edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilovun bölgənin strateji əhəmiyyətinin artdığını bildirib.
“İki sahil” xəbər verir ki, onun sözlərinə görə, Naxçıvan Türk dünyasının mühüm coğrafi mərkəzlərindən biri kimi bu gün həm də yeni iqtisadi əməkdaşlıq platformasına çevrilir. “Forum dövlət başçılarının müəyyən etdiyi kursun ardıcıl davamıdır və iki ölkənin siyasi birliyi iqtisadi tərəfdaşlığı daha da gücləndirir,” – deyə o vurğulayıb.
BMT iclasında Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə qayıdış barədə məlumat verilib
2023–2027-ci illər üçün Dövlət Proqramı Naxçıvanın yeni iqtisadi modelini formalaşdırır - Ceyhun Cəlilov