Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Alena Əliyeva Lənkəran Dövlət Universitetinin nəzdində yaradılmış Baytarlıq Klinikası ilə tanış olublar.
“İki sahil” xəbər verir ki, Yeni istifadəyə verilmiş klinikada heyvanların müayinəsi və müalicəsi üçün nəzərdə tutulmuş kabinetlər, laboratoriyalar və müasir tibbi avadanlıqlar barədə məlumat verilib.
Qeyd edilib ki, klinika həm regionda ev və çöl (vəhşi) heyvanlarının sağlamlığının qorunmasına xidmət edir, həm də universitetin Baytarlıq ixtisasında təhsil alan tələbələr üçün praktiki vərdişlərin formalaşdırılması baxımından mühüm tədris bazası rolunu oynayır. Leyla Əliyeva bu ixtisasda təhsil alan tələbələr və müəllim heyəti ilə görüşüb, onların fikirlərini dinləyib, baytarlıq sahəsində kadr hazırlığı istiqamətində həyata keçirilən işlərlə yaxından tanış olub.
Ədliyyə Nazirliyi: Yaxın günlərdə yeni rəqəmsal alətlər və süni intellekt həllər istifadəyə veriləcək
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda fermer təsərrüfatı ilə tanış olublar
İşğaldan azad olunan ərazilərə köçürülən sakinlərdən 7027 şəxsin məşğulluğu təmin edilib
Bakıda çoxmərtəbəli yaşayış binasında tüstüdən zəhərlənənlərin son durumu açıqlanıb