1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan siyasi parçalanma, hakimiyyət böhranı,Qarabağ müharibəsi və dövlət institutlarının zəifləməsi ilə üz-üzə idi.Yeni Azərbaycan yaradılması həmin dövrdə ölkədə mövcud olan ağır siyasi, sosial və iqtisadi böhran şəraitindən irəli gəlirdi. Yeni Azərbaycan Partiyası 1992-ci il 21 noyabrda Naxçıvanda təsis edilmişdir.Bu mürəkkəb dövrdə müxtəlif siyasi qüvvələrin nümayəndələri Heydər Əliyevə müraciət edərək yeni siyasi təşkilat yaratmağı təklif etdilər. Cavab olaraq Heydər Əliyevin təşəbbüsü və sədrliyi ilə Yeni Azərbaycan Partiyası təsis edildi. YAP-ın yaranması 91 ziyalı tərəfindən imzalanan və tarixdə "91-lər müraciəti" kimi müraciət əsasında baş tutdu. Müraciətdə ölkənin xilas yolu kimi Heydər Əliyevin siyasiliderliyinə ehtiyac vurğulanırdı. Yeni Azərbaycan Partiyası mərkəzçi, müasir, inkişaf yönlü, milli dövlətçilik ideyalarına əsaslanan siyasi təşkilatdır. Yeni Azərbaycan Partiyası müstəqilliyin ilk illərində yaranmış, dövlətçilik ideyası, milli maraqların qorunması və inkişaf strategiyası ilə seçilən siyasi təşkilatdır. Onun ideologiyası Heydər Əliyevin dövlətçilik xəttinə əsaslanır və əsas məqsədi güclü, sabit, müasir Azərbaycan dövlətinin inkişafını təmin etməkdir. Yeni Azərbaycan Partiyasının yaradılmasında əsas məqsəd siyasi sabitlik yaratmaq, ölkədə vahid dövlət idarəetmə sistemini bərpa etmək, müharibənin gedişini dəyişmək, iqtisadi tənəzzülüdayandırmaq, milli maraqlara əsaslanan müasir dövlət qurmaqdır. Yeni Azərbaycan Partiyasının qurucusu Ulu Öndər Heydər Əliyev demişdir : “YeniAzərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır.” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev YAP-ın VII qurultayındaçıxışında demişdir : “YAP son 30 ildə Cənubi Qafqazda qurulan ən böyük və nüfuzlu siyasipartiyadır. Hazırda YAP-ın 730.354 üzvü var. Partiyamızın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, həm də Cənubi
Qafqazın ən böyük siyasi partiyasıdır. Yeni Azərbaycan Partiyası bundan sonra da bütün ölkəmizdə gedən proseslərin mərkəzində olacaq.” 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Yeni Azərbaycan Partiyası ölkəninsiyasi həyatında aparıcı qüvvəyə çevrildi. Bu dövrdə Azərbaycanda sabitlik bərpa edildi, müstəqildövlət quruculuğu prosesi yeni mərhələyə qədəm qoydu. 1994-cü ildə “Əsrin müqaviləsi”ninimzalanması Azərbaycanın beynəlxalq iqtisadi əlaqələrini genişləndirdi və ölkənin gələcək inkişafı üçün möhkəm zəmin yaratdı. Partiya həmçinin hüquqi dövlət quruculuğu, ordu quruculuğu, regionların inkişafı, sosial layihələr və təhsil sahəsində böyük islahatlar həyata keçirdi. 2003-cü ildən sonra Prezident İlham Əliyevin rəhbərliyi altında YAP Azərbaycanın modernləşmə siyasətinin əsas aparıcı qüvvəsinə çevrildi. Bu dövrdə ölkədə infrastruktur layihələri genişləndi, beynəlxalq enerji və nəqliyyat layihələri reallaşdı, ordu daha da gücləndirildi. 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə edilmiş tarixi Qələbə ölkənin siyasi və hərbigücünün, həmçinin uzun illər aparılan məqsədyönlü siyasətin nəticəsi kimi qiymətləndirilir. Bu, Yeni Azərbaycan Partiyasının dövlət quruculuğunda oynadığı rolu daha da möhkəmləndirdi.
Yeni Azərbaycan Partiyası təkcə bir siyasi təşkilat deyil, müasir Azərbaycan dövlətçiliyininideoloji dayaqlarından biridir. Onun yaranması ölkənin taleyinin dəyişməsində mühüm roloynamış, böhranlı dövrdə xalqın ümid yeri olmuşdur. Bu gün də YAP ölkənin sosial, siyasi vəiqtisadi həyatında aparıcı mövqedədir və müasir, güclü, inkişaf etmiş Azərbaycan quruculuğuna xidmət edir.
Leyla Quliyeva,
YAP Xətai rayon təşkilatının “General Şıxlinski 56/2” ünvanı üzrə ərazi partiya təşkilatının üzvü
Yeni Azərbaycan Partiyası: Siyasi sabitlik, demokratik islahatlar və strateji layihələr
Yeni Azərbaycan Partiyası bundan sonra da qələbələr partiyası statusunu qoruyacaq