Hamımızın bildiyi kimi 1992-ci ilin əvvəllərində ölkə ağır siyasi, iqtisadi və hərbi böhranla üz-üzə idi. Xalq hərəkatı dalğasında yaranan partiyalar ölkəni bu böhrandan çıxarmaqda aciz qaldılar. Belə bir şəraitdə xalqın tələbi ilə yeni, güclü siyasi qüvvənin yaradılması zərurətə çevrildi və bu zərurətdən yaranan qərar belə oldu:
1992-ci il noyabrın 21-də Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis edilməsi qərara alındı. Bu qərar yalnız bir partiyanın yaranması deyildi, həm də müstəqil dövlətçiliyin xilası və gələcək inkişaf yolunun başlanğıcı kimi qəbul olundu.
Partiyanın yaradılması təşəbbüsü Heydər Əliyevin siyasi liderliyi ilə bağlı idi. Onun ətrafında toplaşan ziyalılar ölkəni böhrandan çıxarmaq üçün YAP-ı təsis etdilər.
Bəs partiyanın tarixi əhəmiyyəti nə oldu?
Bu qərar Azərbaycan xalqının sabitlik, inkişaf və güclü dövlətçilik arzularının ifadəsi oldu.Düşünürəm ki, YAP bu gün də ölkənin siyasi həyatında aparıcı qüvvədir və bu günkü əhəmiyyəti ölkənin dövlətçilik ənənələrinin qorunması və inkişafı ilə bağlıdır.
Nərgiz Mahmudova,
24 nömrəli tam orta məktəbin Azərbaycan dili müəllimi
Yeni Azərbaycan Partiyası: Siyasi sabitlik, demokratik islahatlar və strateji layihələr
Yeni Azərbaycan Partiyası bundan sonra da qələbələr partiyası statusunu qoruyacaq