20 noyabr 2025 09:54
119

"Azərmaş Group" maliyyə vəziyyətini açıqlayıb

"Azərmaş Group" MМС bu ilin I yarısını 6,059 milyon manat xalis mənfəətlə başa vurub.

“İki sahil” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 87,1 % çoxdur.

Yanvar-iyun aylarında "Azərmaş Group"un vergiyəqədərki mənfəəti 6,617 milyon manat (1 il əvvələ nisbətən 63,4 % çox), mənfəət vergisi ödəmələri isə 557 min manat (31,2 % az) təşkil edib.

Bu il iyulun 1-nə "Azərmaş Group"un aktivləri 62,907 milyon manat olub ki, bu da illik müqayisədə 58,1 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 37,2 % artaraq 40,475 milyon manata, balans kapitalı isə 2,2 dəfə artaraq 22,432 milyon manata çatıb.

Xatırladaq ki, "Azərmaş Group" 2019-cu ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 3 milyon manatdır. Şirkətin təsisçisi "Azərmaş" ASC-dir.