19 noyabr 2025 13:22
129

Azərbaycanın strateji valyuta ehtiyatları 16,2 faiz artıb

Ölkənin strateji valyuta ehtiyatları cari ilin 10 ayının nəticəsi olaraq 16,2 faiz artıb və dövrün sonunda 82,5 milyard ABŞ dolları təşkil edib.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Milli Məclisin noyabrın 19-da keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, bu göstərici tarixi maksimum olmaqla ölkəmizin iqtisadi gücünü və onun maliyyə dayanıqlığını əks etdirir.