Bu ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu (SİF) 123 investisiya layihəsinin maliyyələşdirilməsinə 12 milyon manat güzəştli kredit ayırıb.
“İki sahil” xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə layihələrin sayı 4,9 dəfə, güzəştli kreditlərin məbləği isə 4,3 dəfə artıb.
Bu dəstək nəticəsində 310 yeni iş yerinin yaradılması nəzərdə tutulur.
10 ayda verilmiş kreditlərin ümumi məbləğinin 73,7 %-i sənayenin, 18,2 %-i kənd təsərrüfatının, 8,1 %-i isə xidmət sahələrin payına düşüb. Maliyyələşdirilmiş layihələrin 93,5 %-i, verilmiş güzəştli kreditlərin ümumi məbləğinin isə 70,5 %-i regionlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin payına düşüb.
Azərbaycanla Türkiyə arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi məqsədilə görüş keçirilib
Yaponiya hökumət rəsmisi: Azərbaycanla rəqəmsal sahədə əməkdaşlığı genişləndiririk
Bakıda MDB-də ilk dəfə Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı keçirilir