16 noyabr 2025 09:50
93

ABŞ-də atışma olub, ölən və xəsarət alanlar var

ABŞ-nin Nyu-Cersi ştatının Nyuark şəhərinin Cənub dairəsndə baş verən atışmada biri uşaq daxil olmaqla iki nəfər ölüb, daha üç nəfər yaralanıb.

“İki sahil” xəbər verir ki, bu barədə yerli mətbuata istinadən xəbər verir.

Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində 20-yə qədər giliz aşkar ediblər. Ölənlər 10 yaşlı oğlan və 21 yaşlı qızdır.

Qeyd edilir ki, xəsarət alanların vəziyyəti sabitdir və həyatları üçün təhlükə yoxdur.

Polis araşdırma aparır və heç bir şübhəli həbs olunmayıb.