Trampın nümayəndəsi Sudan münaqişəsini ən böyük humanitar böhran adlandırıb

16 noyabr 2025 09:41
175

Sudan münaqişəsi bu gün dünyanın ən böyük humanitar böhranıdır. 

“İki sahil” xəbər verir ki, bunu “France-Presse”ə müsahibəsində ABŞ Prezidenti Donald Trampın Afrika üzrə nümayəndəsi MAssad Bulos bildirib. 

“Əl-Faşir şəhərində son 2 həftədə baş verənlər xüsusi qeyd edilməlidir. Biz videoları və hesabatları gördük. Bu vəhşiliklər qətiyyən qəbuledilməzdir. Buna tezliklə son qoyulmalıdır” – deyə Bulos vurğulayıb.