Daşkənddə keçirilən "Mərkəzi Asiyada mənəvi irs və maarifçilik" mövzusunda beynəlxalq konqresin iştirakçıları yekun bəyannamə qəbul ediblər.
“İki sahil” xəbər verir ki, sənəddə Mərkəzi Asiya ölkələri və Azərbaycanın institutları, beynəlxalq təşkilatları və mədəniyyət xadimlərinin birləşməsinin vacibliyi vurğulanır.
"Biz ortaq dəyərlərin qorunması, qarşılıqlı anlaşmanın təşviqi, eləcə də bilik və maarifin sülh, etimad və davamlı inkişafın əsasına çevrildiyi bir məkanın formalaşdırılması üçün dövlətləri öz institutlarını, təşkilatlarını və səylərini birləşdirməyə çağırırıq", - bəyannamənin mətnini oxuyan Özbəkistan Milli Elmlər Akademiyasının rəhbəri Şavkat Ayupov bildirib.
Prezident İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib
“Sabah” qəzeti: Ankara, Bakı və İslamabad əməkdaşlığı – Türk-İslam dünyasının yeni geosiyasi həmrəylik oxu
Daşkənddə Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistan Prezidenti ilə təkbətək görüşü olub - YENİLƏNİB