Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 554,1 min kubmetr tikinti kərpici istehsal edilib.
“İki sahil” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,6 % çoxdur.
Bu il noyabr ayının 1-nə, ölkədə 13,8 min kubmetr hazır məhsul ehtiyatı olub.
2024-cü ildə Azərbaycanda 622,3 min kubmetr tikinti kərpici istehsal edilib ki, bu da 2023-cü ilə nisbətən 0,7 % çoxdur.
“Rhenus Logistics” Orta Dəhliz terminalları üçün xüsusi proqram təminatı hazırlayır