12 noyabr 2025 13:50
109

Balakən Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edilib

Natiq Nuşravan oğlu Ağayev Balakən Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

“İki sahil” xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Dövlət başçısının digər Sərəncamı ilə Natiq Ağayev Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Xatırladaq ki, Balakən Rayon İcra Hakimiyyətində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində sabiq icra başçısı İslam Rzayev və rayonun digər vəzifəli şəxslər saxlanılıb.

İ.Rzayev Cinayət Məcəlləsinin 179.3.2 (Külli miqdarda mənimsəmə) və 311.3.2 (təkrarən rüşvət alma) maddələri ilə ittiham olunur.

Səbail Rayon Məhkəməsinin qərarına əsasən, İ.Rzayev barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilib.