Gələn ilin dövlət büdcəsindən kinoya vəsait ayrılmaması düzgün deyil.
“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu parlamentin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin bugünkü birgə iclasında bildirib.
Onun sözlərinə görə, Azərbaycanın gözəl, dünyaya səs salan film nümunələri var:
"Gələn ilin dövlət büdcəsindən kinoya vəsait ayrılmayıb. Düzü, bunun səbəblərini bilmirəm. Ancaq hər halda kinoya heç bir vəsait ayrılmaması düzgün deyil. Çünki maliyyə vəsaitinin olmaması kino mütəxəssislərinin iş yerlərini tərk etməsinə gətirib çıxaracaq. Nəticədə kinomuz inkişaf edə bilməyəcək".
Fuad Hüseynəliyev: Azərbaycan hər zaman şəhid və qazilərin qəhrəmanlığına həssas yanaşır
MEMİM-in “Sənət inciləri” layihəsi üzrə ADA Universitetində mühazirə-konsert keçirilib
Naxçıvan Dövlət Kukla Teatrı III Beynəlxalq Monotamaşalar Festivalında iştirak edəcək