Çin Tayvanın müstəqilliyini dəstəkləyən şəxslərin Avropa Parlamentinin binasını ziyarət etməsi və orada konfrans keçirməsi ilə bağlı Avropa İttifaqına (Aİ) etirazını bildirib və ciddi nota təqdim edib.
“İki sahil” xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Aİ-dəki xarici siyasət missiyasının saytında yayımlanan bəyanatda qeyd olunub.
"Çin əleyhinə fəaliyyət göstərən təşkilat – Çin üzrə Parlamentlərarası Alyans ("Inter-Parliamentary Alliance on China") Avropa Parlamentinin binasında illik toplantı keçirib. Çinin qəti etirazına baxmayaraq, Avropa Parlamenti Tayvan administrasiyası rəhbərinin müavini Syao Meyçin və Tayvanın müstəqilliyi hərəkatının digər aparıcı üzvlərinə binanı ziyarət etməyə, illik görüşdə iştirak etməyə və separatçı fəaliyyət göstərməyə icazə verib. Çin bu hadisəyə görə güclü narazılığını, qəti etirazını ifadə edib və Avropa tərəfinə ciddi nota təqdim edib", - bəyanatda bildirilib.
Azərbaycan və Ermənistan arasında sülh sazişi yeni imkanlar açır - Antoniu Koşta
Rusiya və Hindistan BMT Təhlükəsizlik Şurasında hərtərəfli islahatların aparılmasına çağırış ediblər
ABŞ-ın yenilənmiş Milli Təhlükəsizlik Strategiyasında Avropa ilə bağlı MARAQLI DETAL