07 noyabr 2025 16:16
139

Pəncəli Teymurova Milli Qəhrəman adı verildi

Aprel döyüşləri şəhidi, XTQ giziri Pəncəli Nurməmməd oğlu Teymurova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

“İki sahil” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Qeyd edək ki, əfsanəvi kəşfiyyatçı Pəncəli Teymurov 1981-ci il martın 24-də Astara rayonunun Əzərüd kəndində anadan olub. O, “İgidliyə görə”, “Vətən uğrunda”, “Hərbi xidmətdə fərqlənməyə görə”, “Qüsursuz xidmətə görə” II-ci və III-cü dərəcəli medalları ilə təltif olunub.